BMT Təhlükəsizlik Şurası Suruçdakı terroru qınadı

1106253_620x410BMT Təhlükəsizlik Şurası, Türkiyənin Şanlıurfadakı Suruç mahalında reallaşan terror hücumunu qınadı.

BMTŞ-də qəbul edilən bəyanatda, “mənfur” hücum qınanaraq həyatını itirənlərin yaxınlarına və Türkiyəyə başsağlığı verildi.
Terror hücumunun səbabkarlarının ədalət önünə çıxarılmasının əhəmiyyətinə toxunulan bəyanatda, “BMT-nin Təhlükəsizlik Şurasının üzvləri, BMT Xartiyası çərçivəsində terrorla hər şəkildə mübarizə edilməsinin vacibliyini vurğulayır. Səbəbi hər nə olursa, kimlər tərəfindən və harada işlənsə işlənsin, beynəlxalq sülh və təhlükəsizliyi təhdid edən terrorizm və hər cür terror hadisəsi qəbul edilməzdir”ifadələri yer aldı.

Mətləb BALAKİŞİYEV