“Hər an müharibə başlaya bilər”

 


“Hər an müharibə başlaya bilər”
Təmas xəttindəki gərginliklə əlaqədar “Bloomberg”ə açıqlama verən Ermənistan prezidenti Serj Sarkisyan atəşkəs anlaşmasına sadiq qalmayacaqları anonsunu verib. “Biz sülhü danışdığımız zaman, orduya da xüsusi diqqət ayırırıq. Hər an müharibə başlaya bilər” – deyə, prezident bildirib.
İlk dəfə mediaya Qarabağda torpaq itirdiklərini açıqlayan Sarkisyan həmin ərazilərin önəmsiz olduğunu bildirib: “İtirdiyimiz ərazilər strateji əhəmiyyət daşımırdı”.
Həmçinin işğal altında olan 5 rayonun sülh yolu ilə qaytarılması məsələsinə də toxunan Sarkisyan “Qarabağdakı vəziyyət çox həssasdır. İlham Əliyev 5 rayonun verilməsi və orada sülhmərəmlı əsgərlərin yerləşdirilməsi təklifimi rədd edib” – deyə vurğulayıb.(Ölkə.Az)