Xədicə İsmayılın azadlığa buraxılması üçün dünyada başlanan kampaniyaya senator Ben Karden də qoşulub.

Araşdırmaçı jurnalist, “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılın azadlığa buraxılması üçün dünyada başlanan kampaniyaya məşhur amerikalı senator Ben Karden də qoşulub. Bu barədə o özü “facebook” səhifəsində məlumat yayıb.загруженоjbgj

Senator bildirir ki, bugünlərdə Avropa İnsan Haqları Məhkəməsində Xədicə İsmayılın hüquqlarını müdafiə edən dünyaca məşhur vəkil Amal Kluni ilə görüşüb. Görüş zamanı əsas müzakirə mövzularından biri Xədicə İsmayılın həbsi və onun azadlığa buraxılması istiqamətində görülə bilicək işlər olub.

“Amal Kluni ilə çox məhsuldar müzakirəmiz oldu. Hələ də onun peşəsinə sədaqətdən, insan hüquqlarına hörmətdən irəli gələn yorulmaz fəaliyyətinin təsiri altındayam. Görüş zamanı xeyli məsələləri, o cümlədən siyasi məhbus və jurnalist Xədicə İsmayılın həbsini müzakirə etdik. Xədicə hazırda Azərbaycanda saxta ittihamlarla ona verilmiş 7 il 6 aylıq cəzanı çəkməkdə davam edir.

Görüş zamanı həmçinin müəllifi olduğum Qlobal Maqnitski Aktının bütün dünyada insan haqlarının müdafiəsi və təşviqində rolunu müzakirə etdik”, – deyə Ben Kardin yazır.

Xatırladaq ki, Amal Kluni bugünlərdə ABŞ Konqresində bir sıra başqa konqresmenlərlə də görüş keçirərək, Xədicə İsmayılın azadlığa buraxılması üçün vacib olan işləri müzakirə edib.

Xədicə İsmayıl 2014-cü il dekabrın 5-də həbs olunub. O, verdigən yayınma, qanunsuz sahibkarlıq, mənimsəmə kimi ittihamlarla 7 il 6 ay azadlıqdan məhrum edilib. Lakin jurnalist ittihamların saxta olduğunu bildirir və həbsini Azərbaycan hakimiyyətinin korrupsiya əməlləri, xüsusən prezident və ailəsinin gizli biznesilə bağlı araşdırmaları ilə əlaqələndirir.