Bakıda bədbəxt hadisə baş verib.

Bakıda bədbəxt hadisə baş verib. Fəhlə aşan kranın altında qalaraq can verib.nmklçm

Hüquq-mühafizə orqanlarından ANS-ə verilən məlumata görə, Zığda yerləşən Neft-Qaz Tikinti Trestinin işçisi- Əslən Lerik rayonundan olan və Ramana Sovxozu adlanan ərazidə yaşayan 1963-cü il təvəllüdlü Ələddin Muradov ərazidə iş apararkən aşan yük kranının altında qalıb.

Dərhal əraziyə təcili tibbi yardım avtomobili cəlb edilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. 53 yaşlı kişi aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.