Türkiyə superliqasında “Trabzonspor” ilə “Fənərbaxça” arasında H qarşılaşma matçın 89-cu dəqiqəsində yarımçıq saxlanılıb.
“Fənərbaxça”nın 4-0 üstünlüyü davam edən qarşılaşmanın sonlarına yaxın tribunadakı azarkeşlər maneləri qıraraq stadiona doluşublar. Bundan əvvəl isə stadiona yad əşyalar atan azarkeşləri təhlükəsizlik qüvvələri saxlaya bilməyib.
Trabzonulu azarkeşlərdən biri köməkçi hakimi Vulkan Bayarslana hücum edib. Bordo-mavili azarkeş yerə yıxdığı Bayarslanı vurmağa başlayıb. Daha sonra təhlükəsizlik əməkdaşları tərəfdarı tutaraq nəzarətə götürüb. Döyülən hakim huşsuz halda hakim otağına aparılıb.
Türkiyə Futbol Federasiyasının baş vermiş olayla bağlı qərar verəcəyi bildirilir.