Türkiyədə baş nazir Əhməd Davudoğluna sui-qəsd planlaşdıran 6 İŞİD üzvü həbs olunub.
Xəbərnamə.info xarici mətbuata istinadən xəbər verir ki, dəstə üzvləri Davudoğluna Konya səfəri zamanı hücum edəcəkmiş.
Onlar baş nazirin Konya səfərindən öncə həyata keçirilən təhlükəsizlik tədbirləri zamanı saxlanılıblar.
Polis həbsdən əvvəl üç ayrı ünvanda əməliyyat keçirib. Axtarış zamanı mənzillərdən İŞİD-ə aid sənədlər tapılıb. Dəstənin lideri suriyalıdır.