Almaniyanın “Borussiya” (Dortmund) klubu braziliyalı futbolçuya elçi düşüb. ANS PRESS-in məlumatına görə, almanlar Braziliyanın “Santos” klubunda çıxış edən Qabrieli transfer etmək istəyir.
“Borussiya”nın bu transfer üçün 25 milyon avro ödəməyə hazır olduğu bildirilir. Qabriellə bir neçə klub ciddi maraq göstərir. Onların arasında “Real” və “Barselona” kimi klublarından adı var.
Tam adı Qabriel Barbosa Almeyda olan 19 yaşlı futbolçu Qabiqol ləqəbi ilə tanınır. Gənc hücumçu 2013-cü ildə yüksəldiyi “Santos”un əsas heyətində 139 oyun keçirib və 49 qol vurub.