Əsrin böyük yalanı

Dostlar! Sabah aprel ayının 24 uydurma erməni soyqrımının 101-ci ildönümüdür. Bunu əsrin böyük yalanı da adlandırmaq olar. 1915-1916-cı illərdə Qafqaz cəbhəsində, Şərqi Anadoluda hadisələrin iştirakçısı və şahidi olan imagesRusiya yüksək rütbəli hərbçiləri, diplomatları, kəşfiyyat orqanlarının əməkdaşları, orduda xidmət edən həkim və şəfqət bacıları ermənilərin yerli türk əhalisinə qarşı törətdikləri qəddarlıq və vəhşiliklər haqqında çoxsaylı məlumatlar, arayışlar, hesabatlar vermiş, xatirələr yazmışlar. Onlardan yalnız birinə diqqət yetirmək baş vermiş hadisələrin mahiyyətini anlamaq üçün yetərlidir.

Məsələ burasındadır ki, böyük rus yazıçısı Lev Nikolayeviç Tolstoyun qızı Aleksandra Van cəbhəsində könüllü şəfqət bacısı kimi xidmət edirdi. O, sonralar cəbhə xatirələrini yazdı və hadisələrin şahidi kimi özünün Kanadada nəşr olunan xatirələrində qeyd etdi ki, “türklərlə ermənilər arasında düşmənçilik əsrlər boyu davam etmişdir. Qəddarlıq hər iki tərəfdən olmuşdur, lakin burada, Vanda biz ermənilərin qeyri-insani qəddarlıqlarını müşahidə etməli olduq. Deyirlər ki, ermənilər qadınların döşlərini kəsir, onların əllərini və ayaqlarını qanırıb sındırırlar. Bu vəhşi qəddarlığın qurbanlarını mən şəxsən gördüm. (Bax: Александра Толстая. Дочь. Большевики против дочери Льва Толстого. Издательство «Заря», Канада, 1979, C.54)

Yazı Milli Şuranın sədri, professor Cəmil Həsənlinin Facebook səhifəsindən götürülüb.