Akif Çovdarov Tağı Əhmədovdan da 3 milyon qoparıb.

Bu günlərdə Baş Prokurorluqda ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) keçmiş idarə rəisi, general Akif Çovdarovla onun əməllərindən zərər çəkən məmurlar arasında üzləşdirmə keçirilməsi haqqında məlumat dərc olunub.images

Çovdarovun əməllərindən zərər çəkənlər arasında Bakı Metropoliteninin keçmiş rəisi Tağı Əhmədovun olduğu da qeyd olunub.

İstintaq orqanlarındakı mənbənin bildirdiyinə görə T.Əhmədov A.Çovdarovun cinayətkar əməllərindən şikayət edərək, təhdidlər və təzyiqlər qarşısında ona 3 milyon manat verməyə məcbur olduğunu deyib.