Bakıda marşrut sürücülərinin etirazı

Bakıda 18 saylı marşrut xəttinin sürücüləri etiraz aksiyası keçiriblər. Sürücülər «BakuBus» MMC-nin bu xəttə öz marşrutunu daxil etməsinə qarşı çıxıblar. Bu haqda etiraz aksiyası keçirən sürücülər «Report»a bildiriblər.etiraz-300x169

Sürücülər deyir ki, «BakuBus»a aid avtobusların sözügedən marşruta buraxılması 250 nəfərin işsiz qalması ilə nəticələnib.

«Bizə öncədən heç bir məlumat verilməyib. Sadəcə, 18 saylı marşrutda istifadə olunan avtobusların istismara yaramadığı bildirilib. Halbuki, bu avtobuslar təmiz şərait, kondisioner və başqa zəruri sistemlərlə təmin edilib. Bizim marşrutun dayanması 250-dən çox insanın işsiz qalması deməkdir. Biz işlə təmin olunmağımızı tələb edirik», – deyə sürücülər bildiriblər.