Əli İnsanovun bir sıra maddələrlə ittiham ediləcəyi gözlənilir, onun daha 7 il həbsdə qalması ehtimalı var
Sabiq səhiyyə naziri Əli İnsanova yeni cinayət işi açıla bilər. Bu barədə Politika.Az-a etibarlı mənbələrdən məlumat daxil olub.
Həmin məlumatda deyilir ki, keçmiş naziri həbsdən buraxmaq istəmir. Bunun üçün də çeşidli yollar fikirləşilir. Mənbə vurğulayır ki, Əli İnsanova qarşı açıla biləcək yeni cinayət işi bir neçə hadisəni əhatə edə bilər. Onlardan biri hazırda cəza çəkdiyi müəssisənin rejim qaydalarını pozmaq, habelə dustaqları itaətsizliyə çağırışlar etməsi göstərilir.
Amma məsələnin bununla da bitəcəyi inandırıcı görünmür. Belə ki, sabiq nazir hələ işlədiyi dövrlərdə bəzi korrupsiya əməllərinə yol verdiyi üçün də əlavə olaraq cəzalandırıla bilər. Bununla əlaqədar, həmin dövrdə İnsanova pul vermiş və ya təklif etmiş şəxslərin üzə çıxarılmasına başlanıldığı deyilir.
Politika.Az xəbər verir ki, İnsanovun bu cinayət faktları üzrə cəzalandırılması onun daha 7-8 il həbsdə qalmasını təmin etmiş olacaq. Başqa şəkildə isə bu illərin müddəti artırıla da bilər.