İlqar Məmmədova qarşı həbs qətimkan tədbiri dəyişdirilmədi

Həbs qətimkan tədbiri dəyişdirilmədi, proses davam edir

Bu gün, Şəki Apelyasiya Məhkəməsinin qərarı ilə Real Vətəndaş Hərəkatının sədri, vicdan məhbusu İlqar Məmmədov həbsdən azad ediləcəyi gözlənilirdi.  Məhkəmə qarşısında İlqar Məmmədovu qarşılamaq üçün Real Hərəkatının, Müsavat Partiyasının və digər təşkilatların nümayəndələri, jurnalistlər və ictimaiyyət nümayəndələri toplaşmışdılar. Lakin məhkəmə onun barəsində çıxarılan hökmü qüvvədə saxlayıb. Bu haqda “Basta”ya vəkil Nemət Kərimli məlumat verib. Vəkil bildirib ki, dövlət ittihamçısı qismində çıxış edən prokuror həbs qəti-imkan tədbirinin dəyişdirilməsi barədə vəsatətin təmin olunmasına etiraz edib. Vəsatət təmin olyunmayıb.FA8DDE97-F5A1-443E-AC76-2303D98060FA_cx0_cy4_cw0_mw1024_s_n_r1

İlqar Məmmədovla yanaşı, Şəki Apelyasiya Məhkəmisi eyni iş üzrə məhkum edilən Müsavat başqanının müavini Tofiq Yaqublunun da şikayətinə baxıb. Məhkəmə bir müddət əvvəl əfv fərmanı ilə azadlığa çıxan Tofiq Yaqublunun barəsindəki hökmü də qüvvədə saxlayıb.

Qeyd edək ki,  Avropa Şurasının Parlament Assambleyasının yaz sessiyasının ilk günündə – aprelin 19-da qurumun sədri Pedro Aqramunt Azərbaycanda “siyasi məhbus” adlandırılan şəxslərin azad edilməsindən danışarkən “Avropa Məhkəməsinin qərarının olmasına baxmayaraq,  2013-cü ilin fevralından həbsdə olan İlqar Məmmədovun işi ilə bağlı məsələnin həll olunması istiqamətində mən Azərbaycan hakimiyyəti ilə danışıqları davam etdirəcəm”, –deyə bildirmişdi. Bütün bunlar və İlqar Məmmədovun azad olunması haqqında Avropa Məhkəməsində qərarın çıxarılması Real təmsilçisinin həbsdən buraxılacağına ümid yaratmışdı.

Son həftələr ərzində Qarabağ münaqişəsinə dair açıqlamalarında ədalətli mövqeyi ilə də fərqlənən Pedro Aqramunt bir müddət həbsxanada İlqar Məmmədovla görüşmüşdü.