M.Olbraytdan Putinlə bağlı ilginc açıqlama

“Putin ayrı-seçkilik yaratmaqla Avropa İttifaqını parçalayaraq, NATO-nu  öz təsir dairəsi hesab edilən ərazilərdən uzaqlaşdırmaq istəyir”.загружено
Moderator.az xəbər verir ki, bu fikri  ABŞ-ın sabiq dövlət katibi Madlen Olbrayt “Die Press”ə müsahibəsində bildirib.
M. Olbrayt hesab edir ki, Rusiyanın Suriyada və Ukrynadakı hərbi əməliyyatlarının kökündə də məhz bu plan dayanır.
“Rusiya hər zaman digər ölkələri təxribata çəkir və sonra da özünü  təhqir olunmuş kimi təqdim etməyə  çalışır. Ondan sonra Moskva daima özünü  təmiz çıxarmağa çalışır”,- sabiq dövlət katibi vurğulayıb.
M. Olbraytın fikrincə, Rusiya Suriyada hərbi əməliyyatları ona görə başladı ki, dünya ictimaiyyətinin  diqqətini Ukraynadan yayındrısın, eyni zamanda Yaxın Şərqdə öz təsir dairəsini möhkəmləndirsin: “Baxmayaraq ki, Putinin əlindəki kartlar  çox pisdir, ancaq ağıllı olduğundan onlardan istifadə etməyi yaxşı bacarır. O bu yolla  Avropa Birliyi ölkələri arasında ayrı-seçkilik yaratmaqla, qurumu parçalayıb, NATO-nu öz təsir dairəsi hesab etdiyi bölgələrdən sıxışdırıb çıxarmaq istəyir”.
M. Olbrayt onu da əlavə edib ki, bu məqsədlə Putin  ölkəsində millətçiliyi müdafiə etməklə iqtisadi böhranı gizlətməyə çalışır: “Çünki Rusiya sözün əsl mənasında nüvə arsenalına malik olan Banqladeşdir”.