“Heydər parkı”-nın adı dəyişdirilib?

IMG-20150720-WA0003Nəsimi rayonu, 2-ci mikrorayon ərazisində “Heydər parkı” yenidən bərpa olunub istifadəyə verilməsindən dörd ay keçməsinə baxmayaraq, park berpadan öncəki halından da pis vəziyyətdədi.

Beləki, “Heydər parkı” təmirdən sonra dörd aydır ki, sakinlərin istifadəsinə verilib və qısa zaman keçməsinə baxmayaraq, parkdakı ağaclar baxımsızlıq və susuzluqdan bərbad hala düşüblər. Şəkildəki bu quru ərazilər çox yox, dörd ay əvvəl qazon örtüklə döşənmişdi. Hadisə ilə bağlı qaranlıq qalan məsələ odu ki, bu parka qulluq üçün ayrılmış vəsaitlər kimin cibinə gedir? Nəsimi Rayon İcra Hakimiyyəti buna göz yumursa vəsaitin də getdiyi ünvan məlum olur.

IMG-20150720-WA0000 IMG-20150720-WA0001 IMG-20150720-WA0002 IMG-20150720-WA0005 IMG-20150720-WA0007 IMG-20150720-WA0008 IMG-20150720-WA0009
 IMG-20150720-WA0004

Bir neçə il əvvəl park təmirə bağlananda, yeni layihəsi və görüntüləri bir çox xəbər saytlarında yayımlanmışdı. Parkın yeni görüntüsündən ağız dolusu məlumat verən saytlar, “Heydər parkı”-nın yeni görüntüsünü möhtəşəm və ğözəlliyinə görə Mayamiyə bənzədirdilər. Lakin, gəl gör ki, fələyin saydığı başqaymış.WYPUFaMg

Bir başqa maraqlı məqam isə, parkın adı ilə bağlıdır. Belə ki, təmirdən öncə parkın girişində adı əks olunan lövhədə “Heydər parkı” yazılmışdı. Bərpadan sonra parkda adı ilə bağlı heç bir yazı və ya məlumat gözə dəymir. Yoxsa, parkın adı dəyişilib?

xebername.info