ABŞ, Çin və Rusiya aktiv şəkildə nüvə döyüş başlıqlarının modernləşdirilməsinə başlayıblar.
Bu barədə informasiyanı “Nyu York Tayms” qəzeti yayıb. Qəzet həmçinin hər üç ölkənin müharibə aparılması üçün ən yeni vasitələri də sınaqdan keçirdiyini bildirib:
“Bütün bunlar ölkələr arasında yeni silahlanma riskini artırır. ABŞ, Rusiya və Çin hazırda balaca ölçülü, amma geniş dağıdıcılıq qabiliyyəti olan nüvə silahı hazılayırlar. ABŞ-ın düşmənləri artıq öz nüvə arsenalının modernləşdirilməsi üçün 30 il ərzində 1 trilyon dollar xərcləməyə hazırdırlar”.