İranın dini lideri Ayətullah Əli Xomeyni, nüvə razılığına baxmayaraq ABŞ qarşısındakı siyasətinin dəyişməyəcəyini vermişdir.
Bu gün Tehranda bayram namazı qıldıran Ayətullah Xomeyni, xütbədə nüvə müzakirələri müvəffəqiyyətlə tamamlayan heyyətə təşəkkür etdi. “Fələstin, Yəmən, Bəhreyn, Suriya və İraqdakı məzlum xalqa dəstəyimiz davam edəcək” sözləri ilə Yaxın Şərq siyasətində də dəyişikliyə getməyəcəklərinin siqnalını verən Xomeyni, “İkili, regional və beynəlxalq mövzularda ABŞ ilə müstəsna mövzular xaric müzakirə etməyəcəyik.” deyə danışdı.
İran lideri, iki ölkənin siyasətini bir-birindən 180 dərəcə fərqli olduğunu söylədi. Heç bir zaman döyüş istəmədiklərini ifadə edən Əli Xomeyni, “Amma döyüş çıxarsa məğlub ABŞ olacaq.” dedi.
Mətləb BALAKİŞİYEV