Qoşunların təmas xəttində tapılan meyitin Azərbaycan hərbçisi olduğu təsdiqlənib

Aprelin 16-na keçən gecə qoşunların təmas xəttində tapılan meyitin Azərbaycan hərbçisi olduğu təsdiqlənib.Bu barədə Movqe.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.Məlumatda qeyd olunur ki, erməni tərəfinin Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusunun meyitinin tapılması ilə bağlı verdiyi xəbər təsdiqini tapıb: “Hazırda onun təhvil alınması ilə bağlı müvafiq qurumlarla hazırlıq və əlaqələndirmə işləri aparılır”.images