Ermənilərdən alçaq təxribat Tərtər ərazisindən keçən İncə çaya mina axıdıblar.

Tərtər ərazisindən keçən İncə çaya qarşı tərəf mina axıdıb.

Aprel ayında cəbhədə baş verən  son hərbi əməliyyatlar nəticəsində işğaldan azad olunmuş ərazilərin də minalardan təmizlənməsinə başlanıb. ANS PRESS-in məlumatına görə, hərbi əməliyyatlardan sonra təmas xəttinə yaxın kəndlərin ərazisində qarşı tərəfdən atılan onlarla partlamamış döyüş sursatı da tapılıb.

Ərazilərin minlardan təmizlənməsi üzrə milli agentliyin əməkdaşları tərəfinən partlamamış döyüş sursatları aşkar edilərək poliqona gətirilib.

Burada təcrid edilmiş ərazidə həmin döyüş sursatları məhv edilib. Aşkarlanan 30 ədəd 122 mm lik top mərmisi təhlükəsizlik tədbirləri tamamlandıqdan sonra zərərsizləşdirilib.

ANAMA-nın əməkdaşlarından əldə etdiyimiz məlumata görə, döyüş sursatları əsasən əkin sahələrində aşkar edilib.

Döyüş sursatları əsasən əkin sahələrində aşkar edilib.

ANAMA-nın əməkdaşı Habil Zəfərov: “Pambıq sahəsinə baxış keçirmişik. 152 mm-lik top mərmisi aşkarlanıb, amma götürülməsi mümkün deyil. O, yerində məhv edilib”.

Ermənistan tərəfi həm də Azərbaycanın nəzarətində olan yaşayış məntəqələrində yaşayan əhaliyə qarşı yeni təxribata əl atıb. Murov dağ massivinin ətəklərindən başlayan və Tərtər ərazisindən keçən İncə çaya qarşı tərəf mina axıdıb.

Minaları bu gün Tərtərin Borsunlu kəndi ərazisində xidmət aparan Şuşa polisinin əməkdaşları aşkar edib. Yerli əhali suvarma suyunu əsasən İncə çaydan götürür və çay arx vasitəsi ilə kəndin içərisindən keçir. 800 ha dan çox əkin sahəsi də həmin su vasitəsiylə suvarılır.

İncə çay

İncə çay

Borsunlu kənd icra nümayəndəsi Xaləddin Qarayev ermənilərin müxtəlif növ minaları çayla axıtdığını qeyd edib. Onun sözlərinə görə, bunlar İncəçay düz Murovdan mənbəyini götürüb Kürə qədər gedir.

Artıq sakinlərə sudan mümkün qədər az istifadə edilməsi də tövsiyyə olunub. Əraziyə rayon FHN-nın nümayəndələri və  ANAMA-nın əməkdşları cəlb edilib. Təhlükəsizlik tədbirlərinə başlanıb.