Kubanın Vaşinqton səfirliyi bazar ertəsi açılır

abdli-politikacidan-kuba-cikisi_8314ABŞ ilə Kuba arasında əlaqələrin yenidən bərpa edilməsinin ilk mərhələlərindən biri olaraq Kuba səfirliyi, Vaşinqtonda bazar ertəsi günü rəsmən açılacaq.

ABŞ ilə Kuba arasında əlaqələrin yenidən bərpa edilməsi və normallaşdırılmasının ilk mərhələlərindən biri olaraq Kuba səfirliyi, ABŞ-ın paytaxtı Vaşinqtonda bazar ertəsi günü rəsmən açılacaq. ABŞ prezidenti Barak Obama, 1 iyulda Ağ evdə etdiyi açıqlamada, Kuba ilə əlaqələrin normallaşdırılmasına rəsmi olaraq başlama qərarı aldıqlarını ifadə edərək, qarşılıqlı olaraq səfirliklərin açılacağını bildirmişdi.
Bu çərçivədə də, tərəflərin apardığı müzakirələrin ardından, Kubanın Vaşinqtondakı səfirliyi Kuba xarici işlər naziri Bruno Rodriguez tərəfindən 20 iyul günü rəsmi olaraq açılacaq. ABŞ-ın Havana səfirliyinin isə rəsmi olaraq önümüzdəki ay ABŞ xarici işlər naziri John Kerry tərəfindən açılması gözlənilir. ABŞ Xarici işlər nazirliyi Spikeri John Kirby, gündəlik mətbuata verdiyi məlumatda, açılış üçün şəhərə gələcək olan Rodriguezin, nazir Kerry ilə açılış sonrası nazirlikdə görüşəcəyini qeyd etdi.
İki nazirin danışıqları sonrası birgə mətbuat açıqlaması etməsi gözlənildiyini ifadə edən Kirby, Kuba bayrağının səfirliyin açılışından əvvəl, nazirliyin lobbisi asılı olan diplomatik əlaqələr həyata keçirilən ölkə bayraqlarının arasına yerləşdiriləcəyi məlumatını verdi. Kerry və Rodriguez, aprel ayında Amerika sammitində iştirak etmək üçün getdikləri Panamada da mətbuata bağlı bir görüş etmişdi. Vaşinqton və Havana rəhbərlikləri, Obamanın, keçən ilin dekabr ayında Kuba ilə əlaqələrin normallaşdırılmasına istiqamətli tarixi açıqlamanın ardından səfirliklər mövzusunu müzakirə etməyə başlamışdı.
Yarım əsrdən sonra ilk dəfə 11 apreldə bir ABŞ prezidenti ilə Kuba dövlət başçısı üz-üzə görüşmə edərkən Obama rəhbərliyi, 14 apreldə da Kubanı terrora dəstək verən ölkələr siyahısından çıxarma qərarı almışdı. Obama, 1 iyulda da qarşılıqlı olaraq səfirliklərin açılması qərarı aldıqlarını bildirmişdi. ABŞ və Kuba, 1961-ci ildə kəsilən diplomatik əlaqələri yenidən bərpa etmənin şərtləri üzərində təxminən altı aydır danışıqlar aparırdı.

Mətləb BALAKİŞİYEV