Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus 150 nömrəli “Saratov” gəmisi İstanbul boğazından keçib
Axar.az xəbər verir ki, gəminin boğazdan keçidi zamanı Türkiyənin Sahil Təhlükəsizlik kateri ona bələdçilik edib.
Məlumata görə, Mərmərə dənizinə doğru hərəkət edən gəmidə üstü örtülmüş zirehli avtomobillərin olduğu görülüb
Bundan əlavə, göyərtədə olan xeyli əsgərin ətrafı izlədiyi də diqqətdən yayınmayıb.