Azərbaycan çox güclü silahlardan atırdı.
Erməni mətbuatı aprel ayında yaralanan və ayaqlarını itirən bir neçə hərbçinin fotolarını yayımlayıb. Xebername.info-un Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, xəstəxanadan hazırlanan reportajda düşmən əsgərinin düşdüyü çətin vəziyyət əks olunub.
Əsgər David Qriqoryan həmin günü belə xatırlayır : “ Qəfildən partlayış baş verdi. O qədər güclü oldu ki, qulağım tutuldu. Gözümü açanda ayağımı üzülmüş şəkildə qarşımda gördüm. Bərk qorxdum. Sonra ikinci partlayış baş verdi. O zaman ikinci ayağımı da itirdim. Qarşı tərəf bizi geri çəkilməyə məcbur etdi. Onlar çox güclü silahlardan atırdı.”
Xəstəxanada erməni anaları da danışıb. Onlar övladlarının belə vəziyyətdə görməyin çətin olduğunu bildiriblər.
Yaralanmış və ayaqlarını itirmiş erməni əsgərlərinin fotolarını və adlarını təqdim edirik:
Harik Vardumyan (əsgər)
Arman Avetisyan
Аkter Avetisyan (əsgərin anası)