Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Qazaxıstan Prezidenti Nursultan Nazarbayev İslam layihəsi ilə bağlı birgə bəyannamə elan ediblər.
Axar.az xəbər verir ki, tərəflər arasında razılaşdırılan sənəd İƏT liderlərinin 13-cü sammitində elan edilib.
Ərdoğan və Nazarbayevin birgə bəyannaməsində İƏT ölkələrini islam yaxınlaşmasını dəstəkləməyə və müsəlman cəmiyyəti üçün gələcəkdə buna yeni siyasi platforma kimi baxmaq çağırışı edilib:
“İslam həmrəyliyinə sədaqətimizi qətiyyətlə təsdiq edirik. İƏT-in üzv dövlətlərini İslam dünyasında yeni strategiya hazırlamağa dəvət edirik. İslam ölkələrini beynəlxalq münasibətlərdə gərginliyin azaldılmasında və konkret məsələlərin qəbulunda tövsiyələrini verməyə səsləyirik”.
Qeyd edək ki, Nazarbayev və Ərdoğanın tədbirə əl-ələ gəlmələri dünya mediasının diqqətini çəkib.