Rusiya: “Çavuşoğlunu anlaya bilmədik”

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun “Moskva artıq əvvəlki kimi davranmır” fikrini anlamaqda çətinlik çəkirikimages

Axar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi açıqlama yayıb.

“Təəssüflə qeyd etmək istəyirik ki, Çavuşoğlunun açıqlaması Türkiyədə aparılan informasiya siyasətinin bir parçasıdır. İki ölkə arasında münasibətlərin normallaşması üçün azacıq da olsa, bir işarət yoxdur”, – məlumatda deyilib.

Qeyd edək ki, Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Su-24 olayı ilə bağlı Rusiyanın əvvəlki kimi duyğusal davranmadığını bildirmişdi.