Çörək sexini-1 avroya satıb.

Fransanın Dol şəhərinin sakini sahibi olduğu çörək sexini ev-eşiksiz insana simvolik qiymətə – 1 avroya satıb.Bu barədə Movqe.az Fransanın “The Local” qazetinə istinadən xəbər verir.2015-ci ilin dekabrında sexin sahibi 62 yaşlı Mişel Flaman iş yerində dəm qazından zəhərlənərək ölə bilərdi. Amma 37 yaşlı evsiz Jerom Okan təcili yardıma zəng edərək çörəkçinin həyatını xilas edir.Xəstəxanadan qayıdandan sonra M.Flaman evsiz Jeromu işə götürərək öz peşəsinə yiyələndirir. İşi yaxşı qavradığını görən sex rəisi biznesini şagirdinə vermək qərarına gəlir.”Məni pul yox – azadlıq maraqlandırır. Mən istirahət etmək istəyirəm. Niyə bundan imtina etməliyəm, əgər nəzərə alsaq ki, bu qərarla Jeromu xöşbəxt edə biləcəm”, – deyə M.Flaman bildirib.