Bu gün axşam saatlarında Ağstafanın Qırılı kəndində ağır yol qəzası baş verib.
Kəpəz TV- xəbər verir ki, Qazaxdan Gəncə istiqamətinə hərəkət edən “Ford Tranzit” markalı mikroavtobusla “Opel” markalı avtomobil toqquşub. Nəticədə “Opel”dəki bir nəfər və mikroavtobusda olan 6 nəfər xəsarət alıb. Onlardan birinin vəziyyəti ağırdır. Polis yol qəzasının təfərrüatlarını araşdırır.
Yaralı “Opel”in sürücüsü 37 yaşlı Ceyhun Əliyev dünyasını dəyişib. Mikroavtobusda olan 6 nəfər – Göygöl sakinləri ata 46 yaşlı Mahir İmanquliyev, 2 qızı 24 yaşlı Maviyyə, 22 yaşlı Raziyə və digər 3 sərnişin Gəncə şəhər sakinləri Asim Məmmədov, Elsəvər Kazımov, Asif Fərəcov müxtəlif dərəcəli bədən xəsarət alaraq Ağstafa Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.