Paris, Brüssel, Ankara və İstanbulu partladanların İslam dini, Məhəmməd peyğəmbər və müqəddəs kitab Qurani-Kərimlə heç bir əlaqəsi yoxdur.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin Dəyanət İşlər naziri Məhmət Görməz Fransanın Strasburq şəhərində çıxışı zamanı deyib.
Görməz son vaxtlar Avropada baş verən terror aktlarının İslam dini ilə əlaqələndirilməsinin yanlış olduğunu vurğulayıb:
“Dünyanın harasında yaşamağımızdan asılı olmayaraq hamımızın ən böyük vəzifəsi öz varlığımızı və şəxsiyyətimizi qorumaqdır. Şəxsiyyəti formalaşdıran əsas ünsürlər din, mədəniyyət və tarixdir. Tarix bizə bunu göstərir ki, imanını itirən dilini, mədəniyyətini və şəxsiyyətini də itirir”.