Deyirəm ki, bu 4 günlük müharibədən geriyə qalan o oldu ki, 80 şəhid verdik (hələ açıqlanan say budu) və sonra atəşkəs elan olundu. Bu müharibəni kimlər isə özləri ücün fürsət bilib yararlanmağa başladı. Məsələn iqtidar, Mir Şahin və dəstəsi və bunun kimi bir qrup özünü reklamı sevənlər.
Belə ki, bir neçə şirkətlər guya cəbhəyə əsgərlər üçün azuqə yollayır və reklam və rəğbət qazanmaq üçün bunu sosial aləmdə işıqlandırır. Bu qürur verici deyil. Bu bir tərəfdən də, dövləti ələ salmaqdır. Çünki, dövlət və dövlət ağızlılar bar-bar bağırır ki, ordumuz hər şeynən təmin olunub və 90-cı illərdəki kimi deyil. Bu elədirsə, bu azuqələri yığmaqla ya, dövlətin sözləri təkzib olunur, ya da ki, kimlər isə REKLAM olunur.
Diyər tərəfdən bu olaylardan səmərələnən Mir Şahin və onun ətrafındakılardır ki, onlar, bu fürsətdən tam olaraq yararlandılar və indi ANS TV-ni açmağa peşimansan. Burnuna barut qoxusu dəymiş, qulağında atəş səsi çınlayan təcrübəli jurnalistlər deyərək, özlərinə işarə verməkdən yorulmaq bilmirlər. Şəhidlər qalıb qıraqda, Mir Şahin və onun kimilər olub qəhrəman.
Bir başqası ise dövlət, yəni, başbilənlərdir ki, onlar bu döyüşdən istifadə edərək Əli Kərimliyə də, Əkrəm Əylisli damğası vurdular. Sanki, Əli Kərimli bu döyüşdə qarşı cəbhədə mövqe tutub. Əli Kərimlinin evinin qarşısında bir qrup gənc aksiya təşkil ediblər . Hiss olunur ki, kimlərinsə marağını əks etdirir. Aksiyanin sonunda isə, bir qrup polis senariyə uyğun olaraq gəlib aksiyani dağıdır-GUYA. Aksiyadan görüntülərə baxanda məndə bir fikir yarandı dövlət yeni və gənc HAFİZ HACİYEVLƏR yetişdirir.
Elnur ORUCLU