Qazaxda 25 yaşlı oğlan minaya düşüb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Xanlıqlar kəndində qeydə alınıb. Kənd sakini 1991-ci il təvəllüdlü Abbasov Kamal Elman oğlu yabanı bitki yığmaq üçün düşmənlə təmas xəttinə yaxın əraziyə gedib və orada minaya düşüb. images
O dərhal Qazax Diaqnostika Mərkəzinə yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib və onun sol ayağı amputasiya olunub.