Sarkisyanın Almaniya prezidenti Yoahim Qauk, kansler Angela Merkel, bundestaqın sədri Norbert Lammert, eləcə də, ATƏT-in fəaliyyətdə olan sədri, xarici işlər naziri Frank-Valter Ştaynmayerlə görüşəcəyi bildirilir. Görüşlərdə son günlər Dağlıq Qarabağda vəziyyətin gərginləşməsiylə bağlı müzakirə aparılacağı bildirilir.
Xatırladaq ki, Azərbaycan-Ermənistan təmas xəttində vəziyyət aprelin 2-dən etibarən gərginləşməyə başlayıb. Ermənistan tərəfindən həyata keçirilən təxribat hücumunun qarşısı Silahlı Qüvvələrimizin hərbçiləri tərəfindən uğurla alınıb. İtki verən düşmən geri çəkilməyə məcbur edilib. Aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan tərəfi bir sıra strateji yüksəkliklər ələ keçirib. Aprelin 5-i saat 12:00-dan etibarən təmas xəttində atəşkəs rejimi bərpa edilib. Hazırda Silahlı Qüvvələrimizin bölmələri azad edilmiş torpaqlarda möhkəmləndirmə işlərini həyata keçirir.