“Putin anladı ki, bu münaqişədə uduzur və…”

Rusiya Prezidenti Vladimir Putin anlayır ki, Şərqi Ukraynada “rus dünyası” üçün müharibədə məğlub olub.загружено (70)

Axar.az xəbər verir ki, bu açıqlama ilə rusiyalı yazıçı Vladimir Voynoviç çıxış edib.
“Ukraynada hərbi uğursuzluqdan sonra Rusiya Türkiyə ilə cürət etmir. O, bu müharibəni uduzacaq. Putin anlayır ki, ona yalnız qələbələr lazımdır. Krımın zəbti ilə Putin böyük sərkərdə kimi özünü tanıtdırmaq, tarixə rusları bir yerə toplayan lider kimi düşmək niyyətindəydi. Hətta Kiyevin 1-2 saat ərzində Rusiyaya birləşdiriləcəyi də qeyd edilirdi, ancaq Putin ukraynalıların belə güclü müqavimətini gözləmirdi. O, tezliklə anladı ki, bu münaqişədə artıq uduzur və uduzdu”, – Voynoviç qeyd edib.