Freedom House: İntiqam Əliyevin həyatı təhlükədədir

freedom-houseAzərbaycan hakimiyyəti həbsdə olan hüquq müdafiəçisi İntiqam Əliyevə lazımi tibbi yardım göstərməkdən imtina etdikdən sonra Freedom House hüquq-müdafiə təşkilatı bəyanatla çıxış edib.
“Azərbaycan hakimiyyətinin uydurma ittihamla 7,5 il müddətinə azadlıqdan məhrum edilmiş hüquq müdafiəçisi İntiqam Əliyevə tibbi yardım göstərməkdən imtina etməsi qeyri-insani davranışdır. Hazırda belindəki xəsarət səbəbindən o otura və normal hərəkət edə bilmir ki,  bu da ona böyük əziyyət verir”, – Freedom House-un proqram rəhbəri Robert Herman bildirib.
“İntiqam Əliyevlə bu cür rüsvayçı davranış 2009-cu ildə Rusiyada Sergey Maqnitsikinn işini xatırladır. Odur ki, biz Azərbaycan hakimiyyətindən tələb edirik ki, bütün digər siyasi məhbuslar kini İ.Əliyev dərhal zəruri tibbi yardımla təmin edilsin”, – bəyanatda vurğulanır.