Şimali Koreyanın əsas nüvə obyektində hərəkətlənmə qeydə alınıb. Cebhe.info “Reuters”ə istinadən bildirir ki, bu ölkənin Yonben nüvə obyektinin sputnikdən əldə edilən görüntüləri narahatlıq üçün əsas yaradıb. Son 5 həftədə radiokimyəvi müəssisənin yanacaq blokunda qaz axını müşayət olunub. Amerikalı mütəxəssislərin fikincə, bu, radioaktiv material hazırlığının tam sürətlə davam etdiyini söyləməyə əsas verir. Xatırladaq ki, Şimali Koreya yanvarın 6-da hidrogen bombasının uğurlu sınağı barədə məlumat vermişdi. Elə həmin gün ABŞ Seysmoloji Mərkəsi Şimali Koreyada 5,1 bal gücündə zəlzələ qeydə alıb. Zəlzələnin episentri hidrogen bombasının sınaqdan keçirildiyi ərazi olub. Martın 15-də isə Kim Çen İn yeni nüvə silahının sınaqdan keçirilməsi mümkünlüyü barədə bəyanat verib. Cebhe.info
Related Posts
AZAL qiymətləri endirdi
- admin
- 11/09/2015
- 0
“Azərbaycan Hava Yolları” (AZAL) 2015-ci il oktyabrın 25-dən etibarən Bakı-Dubay-Bakı marşrutu üzrə müntəzəm aşağı büdcəli […]
İQDIR-NAXÇIVAN YOLUNDA AĞIR QƏZA – Ölənlərin adları açıqlandı.
- admin
- 20/02/2017
- 0
Türkiyənin İğdır vilayətində baş vermiş ağır yol qəzası nəticəsində ölən Azərbaycan vətəndaşlarından ikisinin şəxsiyyəti məlum […]
Təkcə bir mağazada 35 milyon manat xərcləyən Zamirə Hacıyeva kimdir?
- admin
- 11/10/2018
- 0
Zamirə Hacıyeva ingilis mediasının “qəhrəmanına” çevrilib Dövlət bankının keçmiş rəhbəri Cahangir Hacıyevin həyat yoldaşı on […]