Alman polisi ölkənin Bavariya əyalətində silahlı bir təcavüzkarın atəş açması nəticəsində iki adamın həyatını itirdiyini bildirdi.
Almaniyanın Bavariya əyalətinin Ansbach şəhəri yaxınlığında silahlı bir təcavüzkarın gümüş rəngli mercedes marka avtomobildən ətrafa atəş açdığı bildirildi. Alman polisi tərəfindən edilən açıqlamada, təcavüzkarın Leuthershausen şəhərində 82 yaşındakı bir qadına atəş etdiyi və qadının hadisə yerində həyatını itirdiyini ifadə edildi.
Təcavüzkarın daha sonra bir velosiped sürücüsünə atəş edərək öldürdüyü bildirilən açıqlamada, təcavüzkarın iki adama daha atəş açdığı və üzərlərinə atəş açılan 2 adamın yüngül şəkildə yaralandıqları ifadə edildi. Hücum ilə əlaqəsi olduğu təsbit edilən bir adamın həbs olunduğu qeyd edildi. Mövzuyla əlaqədar geniş miqyaslı bir istintaq başladıldı.
Almaniyanın Bavariya əyalətində iki adamı öldürən təcavüzkarın bir benzin stansiyasında tutulduğu bildirildi. Almaniyanın Bavariya əyaləti Ansbach şəhəri yaxınlığında Leutershausen qəsəbəsində seyr halında olduğu sırada avtomobilindən digər avtomobillərə atəş edən təcavüzkarın tutulduğu bildirildi. Alman polisi tərəfindən edilən açıqlamada, təcavüzkarın bir benzin stansiyasında tutulduğu bildirildi. Təcavüzkarın şəxsiyyəti və hadisəni işlətmə səbəbi mövzusunda hər hansı bir açıqlama edilməyib.
Mətləb BALAKİŞİYEV