ABŞ Prezidenti Barak Obama yaxşı mənada hamını aldatdı.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Vaşinqtonda keçirilən Nüvə Təhlükəsizliyi Sammitindəki görüşlərə münasibət bildirərkən deyib. Politoloq ehtimal edir ki, onun müşavirləri ilə birgə hazırladığı “ev tapşırığından” 4-5 nəfərin xəbəri olub:images (100)

“Ağ Ev sahibinin Vaşinqtonda Nüvə Təhlükəsizliyi Sammiti çərçivəsində onlarla lider arasında yalnız Çin lideri ilə ayrılıqda görüşəcəyi xəbəri yayılmışdı. Bu xəbəri duyar-duymaz Kremlin təbliğat maşını – Rusiyanın televiziya kanalları reportajlarında Ukrayna və Türkiyə prezidentlərini bu sözlərlə aşağılayırdılar: “Obama Ərdoğanı və Poroşenkonu saymadı”, “Ərdoğan Obama ilə görüş üçün yalvarsa da, nəticə yoxdur”.

Yenə Rusiya televiziya kanallarına baxıram: Sükut. Necə də sükut içində olmasınlar, Obama həm Ərdoğanla, həm də Poroşenko ilə təkbətək görüşdü, ikitərəfli əməkdaşlığın genişləndirilməsi yollarını müzakirə etdi”.