Azad edilən məhbuslar ölkədə vəziyyətin müzakirəsinə toplaşıb

Sonu12899428_10201776107200567_133519279_oncu əfv sərəncamı ilə azad edilmiş siyasi məhbuslar hesab edilən şəxslər və hüquq müdafiəçiləri martın 31-də Müsavat Partiyasının qərargahında Azərbaycanda insan haqlarının vəziyyətini müzakirə edirlər. Tədbirin təşkilatçısı Siyasi Məhbuslarsız Azərbaycan ictimai alyansıdır.

 

Əfv sərəncamı və 2 məhkəmə qərarı ilə həmin məhbuslardan 15 nəfəri azad edilib.

Müsavat Partiyasının qərargahında keçirilən müzakirələri Buradan canlı yayımı izləyin:

Müzakirələrə hakimiyyət təmsilçilərindən qatılan yoxdur. Amma adətən onlar Azərbaycanda ümumkiyyətlə heç bir siyasi məhbus olmadığını deyirlər. İnsan haqları fəalları isə bu son əfv sərəncamına qədər ölkədə 100-ə yaxın siyasi məhbus olduğunu deyirdilər.