Bəhruz Bayramovdan ürəkağrıdan açıqlama
Tanınmış vəkilin fəaliyyəti kollegiyanın Rəyasət Heyətində müzakirə olunacaq. Bu barədə Bəhruz Bayramov özünün feysbuk səhifəsində bildirib. Vəkilin həmin statusunu həyacansız oxumaq mümkün deyil.
“31 mart – 1 aprel 1993-cü il tarixi mənim həyatımın ən pis günləri idi. Silah haqqında təsəvvürü olmayan 18 yaslı gənc Kəlbəcər uğrunda döyüşə getmişdi. 23 ildə hər gün özumün sağ qaldığıma nifrət etmişəm. Niyə yaşayıram Kəlbəcərsiz?
2016-ci il, aprelin 1-i, saat 16-da mənim vəkilik fəaliyyətim Vəkillər Kollegiyasının Rəyasət Heyətində müzakirə olunacaq. Xitam verin, problem deyil. Onsuz da sağ qaldıgıma 23 ildir peşimanam. Allah bizi sərəfsiz heyatdan uzaq etsin!”, – deyə vəkil öz qeydində bildirib.
“Azadlıq” qəzetinin baş redaktoru, “Azərbaycan saatı” televeziya proqramının rəhbəri Qənimət Zahid vəkilin bu məlumatına ilk reaksiya verənlərdən olub. O, öz feysbuk səhifəsində münasibətini belə ifadə edib: “Yürüyün üstünə bu ölkənin ləyaqətli vətəndaşlarının. Didin, parçalayın, yeyin, qurtarın Azərbaycanın ləyaqət göstəricilərini… İndi də dişlərinizi qıcayıb vəkil Bəhruz Bayramovu parçalamaq üşün hazırlaşırsınızmı? Günün birində o qanlı dişlərinizi çıxarıb sizin gözünüzə soxacaq o sahmana da hazır olun!”
azadliq.info