Kanal13-də Kamran Mahmudovun qonağı olan iqtisadçı ekspert Vugar Bayramov bəzi qaranlıq məqamlara aydınlıq gətirdi: “Bayram günü qara bazarda turistlərdən 100 dolları 140 manata alıb 159 manata satırdılar. Bu Mərkəzi Bankın fəaliyyətinin nəticəsi idi .Bakıya gələn bu turistlər manatı olmasa banklar açılana qədər küçədə yatmalı idi? Bu qara bazar kifayət qədər böyük dövriyyəyə malikdir. Hətta qara bazarda banklar da valyuta yığımını həyata keçirdilər. İnsanların öz valyutasını dəyişməsinin inzibati yolla qarşısını almaq mümkün deyil. Bakının hər bir rayonunda ən azı bir neçə valyuta dəyişmə məntəqəsi yaradılmalıdır. Mərkəzi Bank çox riskqli addımlar atır. Real sektora işləmək üçün pul lazımdır lakin Mərkəzi Bank ölkədə manat kütləsini azaltmaqdadır. Azərbaycanın ixracatında neftin payının 95 faiz olması Mərkəzi Bankın səfv siyasətinin nəticəsidir. 2014 cü ilin sonunda bu Bankın valyuta ehtiyatı 17 milyard dollardan 4 milyarda düşüb. 13 milyard dolları Mərkəzi Bank manatın məzənnəsinin qorunması adi ilə havaya xərcləyib. Azərbaycanda verilən ipoteka kasıblar yox, varlılar üçündür. Kommersiya bankları qanunvericilikdə olan boşluqlardan sui-istifadə edir”.
Related Posts
AP Britaniyanın Aİ-dən çıxması ilə bağlı qətnamə qəbul edəcək
- admin
- 27/06/2016
- 0
Avropa Parlamenti iyunun 28-də Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) çıxması ilə bağlı qətnamə qəbul edəcək. […]
Vicdan məhbusu Tofiq Yaqublu artıq evindədir
- admin
- 17/03/2016
- 0
Vicdan məhbusu Tofiq Yaqublu artıq evindədir və prezidentin verdiyi əfv fərmanının onunla bağlı hissəsi operativ […]
” Azərbaycan adambaşına düşən məhbusların sayına görə Avropada 4-cü sıradadır”.
- admin
- 12/03/2016
- 0
Oqtay GÜLALIYEV, “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansının koordinatoru Yəqin xəbəriniz oldu. Azərbaycan adambaşına düşən məhbusların […]