Salyanda çaya düşən “KamAZ” çıxarılıb- iki nəfər yoxa çıxdı

Bu gün axşam saat 21 radələrində Ələt-Astara avtomobil yolunun Salyan şəhərindən keçən 57-ci km-də ağır yol nəqliyyat hadisəsi baş verib.images (88)

Qəzaya uğramış “KamAZ”-ın sürücüsünün Qobustan rayon sakini Anar Qaçayev, yanında oturanınn isə Mahir adlı şəxs olduğu məlum olub.

Hazırda hər iki şəxsin yaxınları (təxminən 50 nəfər) hadisə yerinə gələrək onların cəsədinin tapılması üçün Akkuşa çayında suyun səviyyəsinin təcili aşağı salınmasını tələb edirlər. Onlar bu tələblərinin yerinə yetirilməməsinə etiraz olaraq Ələt-Astara yolunda avtomobillərin hərəkətini 10-15-dəqiqəlik dayandırsalar da polisin müdaxiləsindən sonra yol açılaraq hərəkət bərpa olunub.

Hazırda qəza zamanı suda batmış şəxslərin tapılması üçün FHN-əməkdaşları tərəfindən müvafiq işlər görülür.