Mahnının sözlərinə görə Almaniyanın Ankaradakı səfiri Martin Erdman Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

загружено (45)Almaniyanın Ankaradakı səfiri Martin Erdman Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.
Axar.az xəbər verir ki, alman nazir Şimali Almaniya Radio-Televiziya Qurumunda yayımlanan bir yumor proqramı ilə bağlı XİN-ə dəvət edilib.
17 mart tarixində yayımlanan həmin proqramda “Erdovi, Erdovo” adlı mahnı səsləndirilib. Mahnının sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana həsr edilib. Belə ki, mahnı sözlərində qeyd edilir ki, Ərdoğan əleyhinə yazan jurnalist səhəri gün özünü həbsdə tapar.
Həmçinin mahnıda 8 mart günü polisin aksiya təşkil edənlərə qarşı sərt müdaxiləsi, Türkiyənin kürd siyasəti və İŞİD-lə bağlı mövqeyi lağa qoyulub.
Almaniyalı nazirin uzun müddət XİN-də sorğu-suala çəkildiyi barədə məlumat verilib.