BMT Baş katibi Ban Ki-mun, Yəməndə qarşıdurmalara ramazan sonuna qədər insani kömək arası verilməsi mövzusunda razılaşma əldə olunğunu və tərəflərin anlaşmaya sadiq qalma mövzusunda özünə təminat verdiyini ifadə etdi.
BMT Baş katibindən əldə edilən məlumata görə, Yəmən prezidenti Abdurrabu Mansur Hadinin dünən insani kömək arası vermə mövzusunda məktub aldığını dilə gətirən Ban, Hadinin bu qərarı hava hücumları təşkilatçısı koalisiya gücləri ilə də paylaşdığını və onların da dəstəyini aldığını vurğuladı.
Yəmən xüsusi nümayəndəsi İsmayıl Vələd Şeyx Əhməd vasitəsilə də Husilər ilə Ümumi Xalq Konqresi və digər tərəflərin bu insani araya tam hörmət göstərəcəkləri təminatını aldığını ifadə edən Ban, bu qrupların nəzarət altında tutduqları bölgədə qarşıdurma olmayacağını öhdələrinə götürdüklərini dilə gətirdi.
Ban, “insani aranın” 10 iyul cümə günü yerli saatla 23.59-da başlayacağını və ramazan sonuna qədər davam edəcəyini ifadə edərək, bu müddətdə Yəməndəki bütün bölgələrə maneəsiz şəkildə limanlar və hava limanlarını da istifadə edərək insani köməyin çatdırılması lazım olduğunu vurğuladı.
Bütün tərəflərə ölkədə “insani fəlakətin qarşısının alınması” çağırışı edən Ban, tərəflərdən ölkədə qalıcı bir atəşkəs təmin edilməsi məqsədiylə, silahlı birliklərin çəkilməsi, siyasi məhbusların azad və siyasi prosesin başlamasına imkan verəcək güvən artırıcı addımlar atmalarını istədi.
Mətləb BALAKİŞİYEV