Brüssel terrorun törətmiş şəxs Türkiyədən iki dəfə deportasiya olunaraq ölkəyə girişinə qadağa qoyulmuşumuş.

Brüsseldə terror aktı törətməkdə şübhəli bilinən şəxs Türkiyədən iki dəfə deportasiya olunub. Brüsseldə terror aktı törətməkdə şübhəli bilinən İbrahim əl-Bakrauinin adı Türkiyəyə girişinə qadağa qoyulmuş  şəxslərin “qara siyahısı”nda yer alıb. O, terrorçu fəaliyyəti ilə əlaqəli olmaqda şübhəli bilinib.images (68)

Məlumata görə, əl-Bakraui Suriyasərhədini keçərək İŞİD-ə qoşulmaq məqsədi ilə 2015-ci ilin iyununda Qaziantep əyalətinə gəlib. O, sərhədi qanunsuz keçməyə kömək edəcək şəxslərlə təmas qurmağa cəhd edən zaman polisin nəzarətinə keçib. İyunun 17-də  əl-Bakraui Suriya sərhədini keçməyə cəhd edərkən saxlanılıb. İki gün polis idarəsində saxlanıldıqdan sonra o Niderlanda deportasiya olunub.

İbrahim əl-Bakraui ikinci dəfə Türkiyəyə 2015-ci ilin avqustun 11-də gəlib. Adı “qara siyahı”da olduğundan o saxlanılaraq, iki həftə sonra ölkədən təkrar deportasiya olunub. Bu zaman Türkiyə polisləri belçikalı həmkarlarını İbrahim əl-Bakrauinin deportasiya olunması və onun terrorçuluq fəaliyyəti ilə əlaqəli olduğu barədə məlumatlandırıblar.(apa)