Brüssel terrorçularından biri vaxtilə Türkiyə tərəfindən həbs edilərək Belçikaya verilib.

Brüsseldə terror hadisəsini törədənlərdən biri 2015-ci ildə Türkiyədə polis tərəfindən həbs edilərək Belçikaya verilib. Bunu Türkiyə prezsidenti Rəcəb Tayyib Ərdoğan deyib. Onun sözlərinə görə, Belçika polisi Türkiyə hüquq mühafizə orqanlarının xəbərdarlığına baxmayaraq bu şəxsi azad edib.загружено (13)

“Brüsseldəki terrorçulardan biri 2015-ci ildə Qaziantepdə saxlanılıb, iyulun 14-də ona qarşı deportasiya proseduru başlanılmışdı. Bununla əlaqədar biz Belçika səfirliyini məlumatlandırmışdıq, həmin şəxsin terrorçu olduğu barədə xəbərdarlıq etmişdik. Buna baxmayaraq belçikalılar həmin şəxsi sərbəst buraxıblar və onun öz istəyi ilə Niderlanda göndəriblər”, deyə Ərdoğan bildirib.

azadlıq.info