Avropa Liqasındakı təmsilçilərimizdən ikisi mərhələ adladı.
Avropa Liqasındakı təmsilçilərimizdən “İnter” və “Qəbələ” doğma meydanlarında rəqiblərini əliboş yola saldı. “İnter”in rəqibi Albaniya klubu “FK Laçi”, Qəbələnin qonağı isə, Gürcüstanın “Dinamo Tibilisi” klubu idi. Bakı təmsilçisi ilk oyunu səfərdə 1:1 bərabərliklə bitirmişdi ki, Bakıdakı oyunda qələbə və qolsuz heç-heçə bizi sevindirə bilərdi. “İnter” Bakıdakı oyunu qolsuz bərabərliklə bitirərək, növbəti tura adını yazdırdı. “Qəbələ” isə ilk oyundakı 2:1 hesablı məğlubiyyətin əvəzini oyunun son dörd dəqiqəsində vurduğu iki cavabsız qolla çıxdı. Bölgə təmsilçisinin qollarını 88-ci dəqiqədə Sergei Zenjov, 92-ci dəqiqədə isə Oleksiy Antonov vurdu.
Beləliklə mübarizəyə ilk mərhələdən başlayan üç təmsilçimizdən ikisi işinin öhdəsindən gəldi. Digər təmsilçimiz “Neftçi” Çernoqoriyada “Mladast Podgorica” klubu ilə oyunda mərhələ adlamağa çalışacaq. İlk oyun Bakıda 2:2 hesablı bərabərliklə başa çatmışdı.
Elnur ORUCLU