Sosial şəbəkədə preziden Ərdoğanı təhqir etdiyi üçün istintaqa cəlb edildi.

74314Məşhur türkiyəli yazar Əziz Nesinin gəlini Hilal Nesin istintaqa cəlb edilib.
Türkiyə mediası xəbər verir ki, məşhur satirikin oğlu Əhməd Nesinin həyat yoldaşı olan, hazırda Antalyada yaşayan Nihal Nesinin istintaqa cəlb edilməsinin səbəbi prezident Ərdoğanın ünvanına təqrimaiz ifadə işlətməsidir. Hər halda istintaq bu fikirdədir.
Bildirilir ki, N.Nesin prezident barədə təhqimaiz fikirlərini sosial şəbəkədə yayıb. Onun həmin mesajından sonra N.Nesini respublika prokurorluğuna çağırıb, ifadəsini alıblar. .Nesin haqqında cinayət işinin açılıb-açılmayacağı prokurorluğun araşdırmasından sonra məlum olacaq.
Onu da qeyd edək ki, son vaxtlar hakim partiya AKP və prokurorluq orqanları tez-tez ziyalılara və müxaliflərə qarşı bənzər ittihamla cinayət işi açılması təşəbbüsü ilə çıxış edirlər.(Musavat.com )