ATƏT müşahidəçiləri Qazaxıstanda parlament seçkisinin demokratik seçki öhdəliklərinə uyğun keçirilmədiyini deyir.

ATƏT müşahidəçiləri Qazaxıstanda parlament seçkisinin demokratik seçki öhdəliklərinə uyğun keçirilmədiyini deyir.

“Qazaxıstan seçki öhdəliklərinin yerinə yetirilməsi yönündə hələ uzun bir yol getməlidir”, ATƏT seçki missiyasının xüsusi koordinatori Marietta Tidei deyib.images (48)

Martın 20-də keçirilmiş parlament seçkisində Prezident Nursultan Nazarbaev-in Nut Otan partiyası səslərin 82.15 faizini toplayıb. Bu barədə seçki komissiyası açıqlama yayıb.

lkin nəticələrə görə, Nazarbaev-in müttəfiqləri sayılan Kommunist Xalq Partiyası və Ak Zhol partiyası 107 yerlik Məclisə girməkdən ötrü 7 faizlik baryeyi aşıb.

Görünür, qanunvericilik orqanda yenə də, əvvəlki kimi, 3 partiya yer alacaq.

Seçicilərin 77 faizinin səsverməyə qatıldığı bildirilir.

Qərb müşahidəçiləri 1991-ci ildə müstəqillik qazanandan Qazaxıstanda heç bir seçkini azad və ədalətli saymayıb.

Martın 20-də AzadlıqRadiosunun əməkdaşları seçki qutularına bülletenlərin topayla atılması, bir nəfərin ailə üzvləri adından səs verməsi və digər pozuntuları müşahidə ediblər.