Məlumatda bildirilir ki, Bakı şəhəri, Suraxanı rayonunda 2 vətəndaş mərmər lövhələr altında qalaraq vəfat edib. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirlərkən məlum olub ki, yük avtomobilini boşaldarkən mərmər lövhələr aşıb və vətəndaşlar lövhələrin altında sıxılmış vəziyyətdə qalıblar.
Xilasedicilər mərmərləri kəsərək ayırıb və vətəndaşların cəsədlərini çıxararaq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 23:14-də başa çatıb.