Söküntüsü aparılan obyektin sahibi hazırda həbsdə olan MTN geniralı Akif Çovdarov olduğu bildirilir

 

Söhbət Binəqədi rayonu, 9-cu mikrorayonda, Zərifə Əliyeva parkının arxasındakı zeytun bağında tikilən İdman və sağlamlıq mərkəzinin tikintisinə başlama və başa çatma tarixindən gedir.xkdr-1032.jpg.pagespeed.ic.tMUa9AKJgI

Açığı, məlumat lövhəsinin üzərində yazıldığı kimi tikintiyə 2011-ci ildə başlayıblar, 2016-cı ildə isə yekunlaşdırılıb istifadəyə veriləcəyi bildirilir. Ancaq tikintinin bitmə tarixi elə tikintinin sözün əsl mənasında “bitmə” tarixi oldu.

Dünəndən başlayaraq Bakı şəhər İcra Hakimiyyətinin nümayəndələri tikilini sökməklə məşğuldurlar. Tikintini sökmək üçün hətta 9 mkr-dan üzü Zərifə Əliyeva adına göz klinikasına tərəf gedən yolu da bağlayıblar.

4 mərtəbədən ibarət olan tikili artıq sökülür. Söküntü üçün əraziyə Bakı şəhər İcra Hakimiyyətinə məxsus kran, maşınlar və digər avadanlıqlar gətirilib.Söküntüsü aparılan obyektin sahibi hazırda həbsdə olan MTN geniralı Akif Çovdarov olduğu bildirilir

Arqument.Az