Azerfon MMC MilliÖn ödəmə sisteminin xidmətlərindən imtina edib. Nar Mobile markası altında fəaliyyət göstərən Azerfon abunəçiləri MilliÖn-ün məntəqələrindən ödəmələr etsələr də, kontura sahiblənə bilməyiblər. 10 günə yaxındır ki, abunəçilər ödədikləri vəsaitə uyğun olaraq telefonlarına kontur yüklənəcəyini gözləyirlər.
Əməkdaşımız məsələyə aydınlıq gətirmək üçün MilliÖn ödəmə mərkəzilə əlaqə saxlayıb. Mərkəzdən bildirilib ki, ödəmələrin hər biri sistemdə qeyd olunub və heç bir problem yoxdur. Problem Azerfon MMC-dədir. Azerfon-dan isə problemin yaxın vaxtlarda həll ediləcəyi bildirilsə də, artıq 10 gündür ki, məsələ öz həllini tapmır. Nəhayət bu gün Azerfon MMC-dən abunəçilərə fərdi şəkildə məsləhət olunub ki, MilliÖn ödəmə terminallarından istifadə etməsinlər.
Maraqlıdır ki, iki şirkət arasında olan anlaşılmazlığa görə, sadə insanlar əziyyət çəkir. Araşdırmalar göstərir ki, son günlər on minlərlə Nar Mobile abunəçisi MilliÖn ödəmə terminalları vasitəsilə ödədikləri konturlara sahiblənə bilməyiblər. On minlərlə insanın hüquqlarının pozulması, pullarının əlindən alınması sanki heç bir qurumu narahat etmir. Ağır sosial durumda vətəndaşlara qarşı bu cür münasibət onsuz da gərgin olan səsəbləri daha da tarıma çəkir.
xebername.info