“Fənərbaxça”ya keçsəm, bütün hörmətimi itirərəm”Məşhur futbolçu müsahibəsində maraqlı açıqlamalar verib.
İspaniyanın “Barselona”klubunun türkiyəli futbolçusu Arda Turan ölkəsinin mətbuatına müsahibə verib. ANS PRESS-in məlumatına görə, Arda müsahibəsində maraqlı açıqlamalar verib.
“Əziz Yıldırım mənə 7 milyon avro təklif etdi”.
29 yaşlı yarımmüdafiəçi yetirməsi olduğu “Qalatasaray”ın əzəli rəqibi “Fənərbaxça”da oynamaq perspektivi haqda danışıb.
“Əvvəl “Qalatasaray”da 2.2 milyon avro alırdım. Əziz Yıldırım mənə 7 milyon avro təklif etdi. Əziz bəy dəfələrlə telefonuma zəng etdi. “Fənərbaxça”ya keçsəm, bütün hörmətimi itirərəm. Bu qədər sevgi pulla ölçülməz. Amma “Beşiktaş”a simpatiyam həmişə olub”.
Arda “Barselona”dakı komanda yoldaşlarının özlərini sadə aparmaqlarından da danışıb: “Futbolçular arasında münasibətlər əladı. Hamı eqosunu üstələyib. Mən Bayrampaşanın, Neymar Brazilyanın, MessiArgentinanın kənar məhəllələrində böyüyüb. Edə biləcəyimiz ən yaxşı iş futbol oynamaqdı”.
Arda Turan ötən ilin yayından bəri Kataloniya klubunun şərəfini qoruyur. Artıq türkiyəli ulduz katalon klubunun heyətində iki dəfə fərqlənməyədə imkan tapıb.