Təsdiq edilməmiş məlumatlara görə, İstanbula uçmalı olan təyyarədə partlayış təhlükəsi var.
Almaniya polisi “Turkish Airlines” şirkətinin təyyarəsinə bomba qoyulması barədə məlumatı yoxlayır. ANS PRESS-in məlumatına görə, bu barədə “Bild” qəzeti xəbər verib.
Şübhəli layner Hannover aeroportunda müayinə edilir. Xüsusi xidmət orqanları Hannoverdən İstanbula uçmalı olan “Türk hava yolları”na məxsus A320 laynerini yoxlayır. Təsdiq edilməmiş məlumatlara görə, təyyarənin içində partlayış təhlükəsi var. Hazırda hadisə yerində bütün təcili xidmət növləri işləyir.
Polis hava limanının müvəqqəti təxliyyəsi haqqında qərar qəbul edib. Bundan başqa, fövqəladə hadisə reyslərin cədvəlində əhəmiyyətli nasazlıqlara səbəb olub.
Hannoverdən başqa Avropa şəhərlərinə uçan bir neçə təyyarə reysi ləğv edilib. TK 1555 bort nömrəli təyyarə hadisədən bir neçə saat əvvəl İstambuldan qayıdıb və növbəti uçuşa hazırlaşırmış. Laynerin ayaqyolunda “bomba” sözüylə bağlı qeyd aşkar edilib.
Dünən axşam saatlarında İstanbulun Boğaziçi körpüsündə bomba həyəcanı yaşanıb. Bu səbəbdən körpüdə avtomobillərin hərəkəti dayandırılıb. Dərhal hadisə yerinə polis, təhlükəsizlik qüvvələri və bomba zərərsizləşdirilməsi üzrə mütəxəssislər cəlb edilib.Körpüdə olan avtomobildə partlayıcı maddənin olması şübhəsindən hər iki istiqamətdə hərəkət dayandırılıb. Körpünün Avropa səmtində dayanan avtomobil minaaxtaranlar tərəfindən yoxlanılıb. Daha sonra Boğaziçi körpüsündə fövqəladə vəziyyət yaradan avtomobilin yanacağının bitdiyi səbəbindən sahibi tərəfindən təhlükəsizlik xəttinə qoyulduğu bəlli olub. Artıq körpüdə hərəkət bərpa edilib.
Martın 13-də yerli vaxtla saat 18.35-də Türkiyənin paytaxtı Ankaradakı “Qızılay” meydanının yaxınlığında terror hadisəsi baş verib. Kamikadzenin hərəkətdə olan avtomobillə avtobus dayanacağında törətdiyi partlayış nəticəsində rəsmi rəqəmlərə görə 37 nəfər ölüb, 125 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.